Pleyeri seçin:

"Savaş ona görə başladı" | Müharibə Ukraynanı hansı hala saldı? - 4 ilin yekunu - Baku TV

24 fevral 2026 58 baxış

“Mən, həqiqətən, bir gün Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə birlikdə bura gəlmək istəyirəm. Əminəm ki, yalnız Ukraynaya gələrək, öz gözlərinlə bizim həyatımızı və mübarizəmizi görərək, xalqımızı və bu ağrının böyüklüyünü hiss edərək bu müharibənin, əslində, nə ilə bağlı olduğunu anlamaq mümkündür və kimin ucbatından baş verdiyini”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Burada təcavüzkar kimdir və kimə təzyiq göstərilməlidir? Ukrayna həyat mübarizəsi aparır və bu, küçə döyüşü deyil. Bu, suveren dövlətə qarşı xəstə bir dövlətin hücumudur və bu müharibə Vladimir Putinlə bağlıdır. Müharibənin başlanma səbəbi də odur, sonuna mane olan da”, – deyə o bildirib.

2022-ci il fevralın 24-də Rusiya qoşunları Ukrayna sərhədlərini keçəndə tarix bir daha sübut etdi ki, xəritələr əbədi çərçivəni göstərmir, onlar bəzən qanla yenidən çəkilə bilir. Müharibədən 4 il keçdi. Mariupol artıq şəhərə bənzəmir, Buça küçələri susur, Xarkov bombaların altında dirənişin nə olduğunu öyrənir, Odessa çoxmərtəbəli binaları ilə çoxdan vidalaşıb, Kiyev isə gecələr işıqları söndürüb səhərləri ümidlə açır.

Kreml divarları arxasında Vladimir Putinin “xüsusi əməliyyat” adlandırdığı hərəkətə görə diplomatiya cəbhəsi açıldı. Tərəflər İstanbul masalarında oturdu, qələmlər bəzən güllələrdən güclü görünmək istədi. Qara dənizin dalğaları arasında “Taxıl sazişi” doğuldu, müharibənin içindən çıxan nadir razılaşma.

Amma razılaşmalar tez-tez pozuldu, bəyanatlar mərmilərdən daha sürətli hərəkət etdi. NATO genişlənmək qərarı verdi, Avropa İttifaqı sanksiyalar paketlərini ard-arda açıqladı. Diplomatiya və iqtisadiyyat bu müharibənin görünməyən cəbhələri oldu.

Bu müharibə hələ bitməyib. Amma ümid hər zaman insanın sonuncu səngəridir. Ukraynalılar da danışıqlar masasında V. Putinlə sülhə nail olmağa o qədər də inanmadıqlarından döyüşərək qalib gələ biləcəkləri bir səhərə daha çox ümidlidirlər.

Kuba sahillərində baş vermiş insidentdə ABŞ-nin rolu

Kuba sahillərində baş vermiş insidentdə ABŞ-nin rolu

Dünya
26 fevral 2026 58 baxış
Ermənistanda Moldova ssenarisini təkrarlamaq üçün hazırlıq gedir | Andrey Areşev

Ermənistanda Moldova ssenarisini təkrarlamaq üçün hazırlıq gedir | Andrey Areşev

Dünya
26 fevral 2026 58 baxış
MERCOSUR sazişinə qarşı etirazlar davam edir

MERCOSUR sazişinə qarşı etirazlar davam edir

Dünya
26 fevral 2026 58 baxış
Bu dəfə hədəf neft ixracatçıları ilə silah istehsalçılarıdır

Bu dəfə hədəf neft ixracatçıları ilə silah istehsalçılarıdır

Dünya
26 fevral 2026 58 baxış
Peskov Avropaya xəbərdarlıq etdi

Peskov Avropaya xəbərdarlıq etdi

Dünya
26 fevral 2026 58 baxış
Tehranın ABŞ ilə bağlı narahatlığının səbəbi nədir?

Tehranın ABŞ ilə bağlı narahatlığının səbəbi nədir?

Dünya
26 fevral 2026 58 baxış
Zelenski ilə Tramp arasında növbəti telefon danışığı olub

Zelenski ilə Tramp arasında növbəti telefon danışığı olub

Dünya
26 fevral 2026 58 baxış
Güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu

Güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu

Dünya
26 fevral 2026 58 baxış
Ukrayna və Rusiya müharibənin 5-ci ilinə necə hazırlaşıb? - Baku TV

Ukrayna və Rusiya müharibənin 5-ci ilinə necə hazırlaşıb? - Baku TV

Dünya
26 fevral 2026 58 baxış
Yaxın Şərqdə müharibə ehtimalı yenidən yüksəldi! | Savaş başlasa da, Türkiyə də... - Baku TV

Yaxın Şərqdə müharibə ehtimalı yenidən yüksəldi! | Savaş başlasa da, Türkiyə də... - Baku TV

Dünya
25 fevral 2026 58 baxış
Seçilmişlər
icon