ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoyur? - Zelenski belə reaksiya verdi - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsini 4 iyula qədər bitirmək istəyinə dair xəbərlərdən məlumatsız olduğunu bəyan edib.
O bu barədə fevralın 24-də müharibənin 4 illiyi ilə bağlı Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
“Ukrayna həmişə ABŞ-nin müharibəni mümkün qədər tez bitirmək istəyini dəstəkləyir. 4 iyul tarixinə, ABŞ və ya Donald Trampın müharibəni bitirmək istəməsinə gəlincə, mən bunu yalnız ABŞ lideri desə, dəstəkləyə bilərəm. Bu mənim üçün yeni məlumatdır”, – deyə V.Zelenski vurğulayıb.
O qeyd edib ki, Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda ABŞ nümayəndə heyəti Vaşinqtonun müharibəni mümkün qədər tez başa çatdırmaq istəyini bəyan edib. Amma konkret vaxt qoyulmayıb.
“Ukrayna müharibənin tez başa çatmasını dəstəkləyir. Lakin bunun üçün öz ərazilərini verməli olacağı halda yox”, – deyə V.Zelenski əlavə edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Müdafiə və təhlükəsizlik sahəsində yeni mərhələ başlayır - Baku TV
- Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?
- Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV
- Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək
- Rusiya Donbası necə ələ keçirmək istəyir? | Zelenskidən açıqlama - Baku TV
