Kuba sahillərində baş vermiş insidentdə ABŞ-nin rolu
“Prezident Donald Trampın Ukrayna münaqişəsinin nizamlanma tempi ilə bağlı səbrinin həddi var”.
Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Prezidentin səbrinin sonsuz olduğunu düşünürəmmi? Xeyr, düşünmürəm”, – deyə Rubio qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton münaqişənin həlli prosesinin sürətindən narazı qala bilər.
Marko Rubio çıxışı zamanı Kuba sahilləri yaxınlığında baş vermiş qayıq insidentinə də toxunub. ABŞ dövlət katibi qeyd edib ki, Amerika administrasiyası əməkdaşlarının insidentlə heç bir əlaqəsi yoxdur.
“Burada çox şey baş vermiş ola bilər, amma bunun nə ola biləcəyi barədə fərziyyə yürütməyəcəyəm. Variantlar çoxdur. Açıq dənizdə belə atışmalar son dərəcə qeyri-adi haldır. Bu, hər gün baş verən hadisə deyil”, – deyə Rubio bildirib.
O əlavə edib ki, Kuba ilə bağlı bu cür hadisə çox uzun müddətdir baş verməyib və ABŞ bütün halları araşdıracaq.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri müharibədə ABŞ-yə dəstək verməyən ölkələri təhdid etdi
- ABŞ Hörmüz blokadasını qura bilmədi: İran gəmiləri sərbəst hərəkət edir? - AKTUAL GÜNDƏM
- Tramp Orbanın məğlub olmasına necə münasibət bildirdi?
- ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa etdi
- İsrail səfiri ABŞ-dəki Livan danışıqlarını müsbət qiymətləndirib
