Pleyeri seçin:

Taranaki dağının özəllikləri | Ədalətsizlik və nifrətdən xilas oldu

01 fevral 2025 491 baxış

Yeni Zelandiyada yerli xalq üçün müqəddəs sayılan və əcdadı hesab edilən Taranaki dağına yeni qanunla hüquqi şəxs statusu verilib.

Məlumata görə, bununla da Taranaki bir insanın sahib olduğu bütün hüquq və vəzifələrə sahib olacaq. Parlamentin yekdilliklə təsdiq etdiyi qanunla Taranaki dağının zirvəsinə yerli xalqın istifadə etdiyi ifadələrdən olan “Taranaki Maunqa” adının verilməsi qərara alınıb.

Qeyd edilib ki, qanun həmçinin 19-cu əsrdə ingilislərin ölkəni müstəmləkəyə çevirməsindən sonra dağın maorilərdən oğurlandığını qəbul edir.

Qanuna görə, Taranaki ətrafdakı təpələri, torpaqları, bütün fiziki və metafiziki elementləri ilə canlı, bölünməz bir bütöv olaraq görülür.

Yeni Zelandiyanın mədəniyyət, incəsənət və tarixi irs naziri Pol Qoldsmit parlamentdə çıxışı zamanı dağın üstünlüklərindən danışıb.

“Dağ uzun zamandır şərəfli bir əcdad, fiziki, mədəni, mənəvi qida mənbəyi və son istirahət yeri olub”, – deyə o bildirib.

Bildirək ki, qarla örtülmüş sönən vulkanik dağ olan və 2 518 metr hündürlüyündəki Taranaki turizm, yürüş və qar idmanı üçün məşhur yerlərdəndir.

Qeyd edək ki, Yeni Zelandiyada daha əvvəl də çaylardan biri və müqəddəs sayılan torpaq parçası ilə bağlı oxşar qərar qəbul olunub.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 491 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 491 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 491 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 491 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 491 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 491 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 491 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 491 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 491 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 491 baxış
Seçilmişlər
icon