"Tehrana təzyiq olarsa, özünü müdafiə edəcək" | ABŞ-nin İranla bağlı planı nədir? - Baku TV
İranın BMT-dəki missiyası Tehranın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.
Qurum bu barədə "X" hesabındakı paylaşımında məlumat yayıb.
"Keçən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır, lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib. Bununla yanaşı, ABŞ Prezidenti ümid edir ki, Tehran İranın nüvə silahına sahib olmayacağı ədalətli və bərabərhüquqlu sövdələşməyə razılıq verəcək. Eyni zamanda o vurğulayıb ki, qərar qəbul etmək üçün vaxt bitmək üzrədir.
#İran teqi istifadə olunub
- ABŞ İrana qarşı preventiv hərbi əməliyyata hazırlaşır? - Baku TV CANLI
- İrandan ABŞ-yə gözlənilməz hədə | Ara yenidən qarışır? - "Müharibə başlaya bilər, amma..." - Baku TV
- ABŞ və İsraillə münaqişə davam edir
- İranda proseslərin sonu necə olacaq? | Hərbi müdaxilə, yoxsa...? - Baku TV
- İrandakı vəziyyət İtaliya səfirliyinə qarşı risk yaradır? - Baku TV CANLI
