Pleyeri seçin:

ABŞ-nin hücum riski və Xameneinin müşavirindən xəbərdarlıq | Vəziyyət nəzarətdən çıxır - Baku TV

29 yanvar 2026 30 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi bir daha ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə etməsinin qarşısını alan razılaşmaya hazır olduğunu bildirib.

Nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O, İranın həmişə qarşılıqlı faydalı, ədalətli və bərabər nüvə razılaşmasını məmnuniyyətlə qarşıladığını vurğulayıb.

"Bu razılaşma bərabərliyə əsaslanmalı, təzyiq, təhdid və qorxutmadan uzaq olmalı, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və nüvə silahı əldə etməsinin qarşısını almalıdır", – deyə Əraqçi yazıb.

O qeyd edib ki, İranın təhlükəsizlik doktrinasına kütləvi qırğın silahları daxil deyil və onlar heç vaxt belə silahlar əldə etməyə çalışmayıblar. İranlı nazir həmçinin ölkəyə qarşı hər hansı hücuma dərhal və sərt şəkildə cavab verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani bildirib ki, ABŞ tərəfindən atılacaq istənilən aqressiv addım İran tərəfindən genişmiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və Tehranın cavabı gecikməyəcək.

"Məhdud zərbə anlayışı illüziyadır. ABŞ-nin istənilən nöqtədən və istənilən səviyyədə həyata keçirəcəyi hərbi əməliyyat müharibənin başlanğıcı kimi dəyərləndiriləcək və cavab tədbirləri dərhal görüləcək", – deyə Şamxani vurğulayıb.

Onun sözlərinə görə, İranın cavabı təkcə ABŞ və İsrailə qarşı deyil, həmçinin bu aqressiyanı dəstəkləyəcək istənilən ölkəyə yönələcək.

ABŞ İrana qarşı preventiv hərbi əməliyyata hazırlaşır? - Baku TV CANLI

ABŞ İrana qarşı preventiv hərbi əməliyyata hazırlaşır? - Baku TV CANLI

Dünya
29 yanvar 2026 30 baxış
"Tesla" robotlara görə iki avtomobil modelinin istehsalını dayandırır

"Tesla" robotlara görə iki avtomobil modelinin istehsalını dayandırır

Dünya
29 yanvar 2026 30 baxış
İrandan ABŞ-yə gözlənilməz hədə | Ara yenidən qarışır? - "Müharibə başlaya bilər, amma..." - Baku TV

İrandan ABŞ-yə gözlənilməz hədə | Ara yenidən qarışır? - "Müharibə başlaya bilər, amma..." - Baku TV

Dünya
29 yanvar 2026 30 baxış
İspanların Rio-de-Janeyroda helikopter şousu

İspanların Rio-de-Janeyroda helikopter şousu

Dünya
29 yanvar 2026 30 baxış
Almaniyada elektrik şəbəkəsi və infrastrukturun mühafizəsi gücləndiriləcək

Almaniyada elektrik şəbəkəsi və infrastrukturun mühafizəsi gücləndiriləcək

Dünya
29 yanvar 2026 30 baxış
ABŞ və İsraillə münaqişə davam edir

ABŞ və İsraillə münaqişə davam edir

Dünya
29 yanvar 2026 30 baxış
ABŞ Venesuelada diplomatik mövcudluğunu bərpa etməyi planlaşdırır

ABŞ Venesuelada diplomatik mövcudluğunu bərpa etməyi planlaşdırır

Dünya
29 yanvar 2026 30 baxış
"Tehrana təzyiq olarsa, özünü müdafiə edəcək" | ABŞ-nin İranla bağlı planı nədir? - Baku TV

"Tehrana təzyiq olarsa, özünü müdafiə edəcək" | ABŞ-nin İranla bağlı planı nədir? - Baku TV

Dünya
29 yanvar 2026 30 baxış
Putinin köməkçisi prezidentlərin mümkün görüşündən danışdı - Baku TV

Putinin köməkçisi prezidentlərin mümkün görüşündən danışdı - Baku TV

Dünya
29 yanvar 2026 30 baxış
Ukrayna Rusiyanın dron idarəetmə məntəqəsini və neft bazasını vurdu

Ukrayna Rusiyanın dron idarəetmə məntəqəsini və neft bazasını vurdu

Dünya
28 yanvar 2026 30 baxış
Seçilmişlər
icon