Pleyeri seçin:

Ərdoğan Mertslə “Eurofighter” təyyarələri, Qəzza, Suriya və terrorla mübarizəni müzakirə etdi

30 oktyabr 2025 233 baxış

Türkiyə və Almaniya ticarət dövriyyəsini 60 milyard dollara çatdırmağı hədəfləyir.

Bunu Ankarada Almaniya Kansleri Fridrix Mertslə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“F.Merts ilə əlaqələrimizi müzakirə etdik. Müdafiə sahəsində əməkdaşlıq mövzusunu dəyərləndirdik. Ticarətdə hədəf 60 milyard dollardır.

“Eurofighter” üçün Almaniyanın atdığı addımlar önəmlidir. Birgə layihələrə fokuslanmalıyıq. “Eurofighter” təyyarələri ilə əlaqədar Almaniyanın son dövrlərdə bu sahədə atdığı müsbət addımları məmnunluqla qarşılayırıq”, – o bildirib.

Türkiyə Prezidenti Almaniya Kansleri ilə digər məsələləri də müzakirə edib:

“Suriyanın rifahı prioritet hədəfdir. Terrorla mübarizədə gözləntilərimizi bölüşdük. Terror təşkilatlarına qarşı birgə mübarizənin əhəmiyyətinə diqqət çəkdik. 10 mart razılaşmasının icrasına böyük önəm veririk.

Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi sürət nəzərə alındıqda Almaniya ilə çox geniş əməkdaşlıq imkanlarına malik olduğumuz görünür. Qarşılıqlı qazanc prinsipi əsasında bu əməkdaşlığı daha da gücləndirə bilərik.

Həmçinin terrorla mübarizədəki gözləntilərimizi dəyərli dostumla paylaşdım. Almaniyaya təhlükəsizlik baxımından da ciddi təhdid yaradan terror təşkilatlarına qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladım.

Regional və qlobal məsələlər üzrə də fikir mübadiləsi apardıq. Türkiyə olaraq Qəzzadakı soyqırımını ilk gündən etibarən beynəlxalq gündəmə gətirdik. Atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün ciddi səylər göstərdik. Bu faciənin təkrarlanmaması və bölgədə daimi sülhün açarı olan 2 dövlətli həllə dair mövqeyimizi onlara çatdırdıq”.

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Dünya
05 dekabr 2025 233 baxış
Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Dünya
05 dekabr 2025 233 baxış
Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Dünya
05 dekabr 2025 233 baxış
3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

Dünya
05 dekabr 2025 233 baxış
Ukraynalı jurnalist Putinin qızını Parisdə tapdı?

Ukraynalı jurnalist Putinin qızını Parisdə tapdı?

Dünya
05 dekabr 2025 233 baxış
Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya

Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya

Dünya
05 dekabr 2025 233 baxış
Türkiyədə əməliyyat | Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı - Baku TV CANLI

Türkiyədə əməliyyat | Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı - Baku TV CANLI

Dünya
05 dekabr 2025 233 baxış
“Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı

“Avropada yeni sistem yaranacaq” | Hakan Fidan müharibədən danışdı

Dünya
05 dekabr 2025 233 baxış
Putin dünyaya elan etdi | “SSRİ-nin bərpa edilməsi...”

Putin dünyaya elan etdi | “SSRİ-nin bərpa edilməsi...”

Dünya
05 dekabr 2025 233 baxış
”Cəbhədə vəziyyət daha da pisləşib” | Sergey Raxmanin

”Cəbhədə vəziyyət daha da pisləşib” | Sergey Raxmanin

Dünya
05 dekabr 2025 233 baxış
Seçilmişlər
icon