Pleyeri seçin:

Rəisinin düşdüyü qəzanın bütün detalları ortaya çıxdı

22 may 2024 262 baxış

“Uçuş zamanı hava şəraiti əlverişli idi, bulud örtüyü məhdud ərazidə idi”.

Bunu Prezident İbrahim Rəisini müşayiət edən helikopterdə olan İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili qəza ilə bağlı IRIB agentliyinə müsahibəsində deyib.

Bildirib ki, mayın 19-u günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığından uçuş həyata keçirilib:

“Yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu.

Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirir ki, buludlardan yuxarı çatmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti daşıyırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı”.

Onun sözlərinə görə, ortadakı helikopter yuxarı qalxmadığı üçün Aparat rəhbərinin olduğu nəqliyyat vasitəsinin pilotu dönərək geri qayıdıb.

Qulamhüseyn İsmaili bu səbəbdən İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini söyləyib:

“Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Nə qədər radio rabitəsi qurmağa çalışsaq da, mümkün olmadı.

Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni izləməyə başladıq. Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Əl-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Əl-Haşim cavab verdi.

Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.

Prezident Aparatının rəhbərinin sözlərinə görə, xilasedicilər dərhal hadisənin baş verdiyi təxmin edilən əraziyə yollanıb. Qəza yeri aşkar edildikdən sonra məlum olub ki, helikopterdə olan sərnişinlərin hamısı həlak olub.

İsrael Katsdan müharibə mesajı

İsrael Katsdan müharibə mesajı

Dünya
14 may 2026 262 baxış
Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı artıb

Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı artıb

Dünya
14 may 2026 262 baxış
Ərdoğana Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib - Baku TV

Ərdoğana Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib - Baku TV

Dünya
14 may 2026 262 baxış
Liderlərdən diqqətçəkən açıqlamalar | ABŞ və Çin münasibətlərində dönüş nöqtəsi yaşanır? - Baku TV

Liderlərdən diqqətçəkən açıqlamalar | ABŞ və Çin münasibətlərində dönüş nöqtəsi yaşanır? - Baku TV

Dünya
14 may 2026 262 baxış
Pekində güc nümayişi: Tramp masadan zəif qalxdı, Si Cinpin qalib çıxdı? - AKTUAL GÜNDƏM

Pekində güc nümayişi: Tramp masadan zəif qalxdı, Si Cinpin qalib çıxdı? - AKTUAL GÜNDƏM

Dünya
14 may 2026 262 baxış
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı

Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı

Dünya
14 may 2026 262 baxış
"Məsələlərin hərb yolu ilə həlli yoxdur" | Əraqçi Hindistanda nələrə toxundu? - ANA XƏBƏR

"Məsələlərin hərb yolu ilə həlli yoxdur" | Əraqçi Hindistanda nələrə toxundu? - ANA XƏBƏR

Dünya
14 may 2026 262 baxış
"Hamımız qorxurduq, tir-tir əsirdik" | Real həyatın cəhənnəmə çevrildiyi ərazi - Baku TV

"Hamımız qorxurduq, tir-tir əsirdik" | Real həyatın cəhənnəmə çevrildiyi ərazi - Baku TV

Dünya
14 may 2026 262 baxış
ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?

Dünya
14 may 2026 262 baxış
ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

ABŞ və Çin Hörmüzün statusunda razılaşdı: İranı nə gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
14 may 2026 262 baxış
Seçilmişlər
icon