Rəsmi Kiyev Tehrana 50 illik sanksiya tətbiq edəcək
Ukrayna Ali Radası İrana qarşı 50 il müddətinə sanksiyaları təsdiqləyib.
Bu barədə parlamentin “Facebook” səhifəsində məlumat verilib. Müvafiq qərarın qəbul edilməsinə 328 deputat səs verib.
Sanksiyalar İran vətəndaşları ilə hərbi və ikili təyinatlı mallarla ticarət əməliyyatlarına və bu cür malların satışı, saxlanması və istehsalı ilə bağlı xidmətlərə tam qadağanın tətbiqini ehtiva edir.
Həmçinin qeyd olunan əməliyyatlarla bağlı İran vətəndaşları tərəfindən Ukrayna ərazisindən resursların tranziti, uçuşlar və daşımalar, İran vətəndaşlarının xeyrinə iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması nəzərdə tutulur.
Bundan əlavə, İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsi və İrana hər hansı sərmayənin qoyulması qadağan edilir.