“Retsital” ticarət nişanı Alla Puqaçovanın əlindən çıxdı?
Rusiyalı müğənni və SSRİ Xalq artisti Alla Puqaçova Rusiyada "Retsital" ticarət nişanına olan hüquqlarını itirib. O, 2022-ci ildən xaricdə yaşayır.
RBC nəşrinin xəbərinə görə, bu barədə məlumat "Rospatent" bazasında əks olunub.
Məlumata görə, "Retsital" ticarət nişanı üçün müraciət "Rospatent"ə 16 oktyabr 2015-ci ildə təqdim edilib, 2017-ci ildə isə onun qeydiyyata alınması barədə qərar qəbul edilib.
Ticarət nişanının qeydiyyatı üzrə ərizənin təqdim edilməsindən 10 il sonra, yəni 16 oktyabr 2025-ci ildə onun qüvvədə olduğu müddət bitib.
Ticarət nişanının qeydiyyata alındığı xidmətlər sırasına musiqili avtomatlar, səsyazma avadanlığı, kitab nəşri və təhsil daxildir.
"Retsital" 1980-ci illərdən başlayaraq Alla Puqaçovanı uzun illər müşayiət edən rus qrupudur. Sənətçi musiqiçilərlə birlikdə "Kak trevojen etot put" albomunu yazdırıb.
Əməkdaşlığın başa çatmasından sonra kollektiv müstəqil çıxışına davam edib.
#Rusiya teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
