Pleyeri seçin:
Rokfeller Mərkəzində 1933-cü ildən başlayan ənənə
Nyu-Yorkun simvolu olan Milad ağacının işıqlandırılmasına start verilib.
Minlərlə şəhər sakini Rokfeller Mərkəzinin qarşısında böyük izdiham yaradıb.
Yerli telekanalların verdiyi məlumata görə, Norveçdən gətirilən ağacın hündürlüyü 23 metr, çəkisi 11 tondur. 50 min rəngarəng işıqların asıldığı ağacın üzərini ağırlığı 408 kq olan "Swarovski" daşından hazırlanan ulduz bəzəyir. Küknar Milad ərəfəsində səhər saat 05:00-dan axşam 21:00-a qədər, ilin son günü isə 24 saat parlayacaq.
Qeyd edək ki, Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılması mərasimini rəsmi olaraq ilk dəfə 1933-cü ildə keçirilib. Əhalinin böyük marağına səbəb olan bu ənənə hələ də davam etdirilir.
Kopyalandı
