Rusiya bu əraziləri hədəf aldı | Raketlərlə viran edilən yerlərdən dəhşətə gətirən mənzərə - Baku TV
Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb. Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
Ukraynanın şimal-şərqindəki ikinci ən böyük şəhəri Xarkovda rəsmilər pilotsuz təyyarələrin zərbələri nəticəsində iki nəfərin yaralandığını bildiriblər.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb. Rusiyanın hücumları nəticəsində paytaxtda ölənlər arasında 12 yaşlı uşaq da var. Binalara ciddi ziyan dəyib.
Kiyev meri Vitali Kliçko dronlardan birinin 18 mərtəbəli binaya çırpıldığını bildirib. Ukraynanın xilasetmə qrupları ciddi şəkildə zədələnmiş binadan ana və uşağı xilas ediblər.
Kliçko paytaxt Kiyevin şimalında bir binada böyük yanğın baş verdiyini və dörd təcili yardım işçisinin yaralandığını da qeyd edib.
