Dünya
Pleyeri seçin:
Rusiya Ermənistana sanksiya tətbiq edib?
İki həftədir ki, Ermənistandan Rusiyaya ixrac olunan müxtəlif şirkətlərə məxsus konyak dolu 60-a yaxın yük maşını Gürcüstanın Rusiya ilə sərhədində Yuxarı Lars sərhəd keçid məntəqəsindən buraxılmır. Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, maşınlarda Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Sarukyanın “Nuh” və fransızlara məxsus “Vedi Alko” konyak zavodlarının məhsulları da var.
Saxlanma səbəbi ilə bağlı verilən məlumatda qeyd olunub ki, konyakların saxta olma ehtimalı var. Ona görə də məhsullar ekspertizadan keçirilməlidir.
Erməni mətbuatı isə bununla Rusiyanın Ermənistana elan olunmamış sanksiya tətbiq etdiyini yazıb.
Kopyalandı
Seçilmişlər