Dünya
Pleyeri seçin:
Rusiya Ermənistanda növbəti təlimlər həyata keçirdi
Rusiya Ordusunun pilotları Ermənistanda təlim həyata keçiriblər.
Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları müxtəlif manevrlər icra ediblər.
Sözügedən təlimlər Ermənistanın Erebuni aerodromundan həyata keçirilib. Təlimlərə Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, həmçinin 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.
Kopyalandı
Seçilmişlər