Pleyeri seçin:

Rusiya ilə bağlı gizli proses üzə çıxdı

06 yanvar 2026 588 baxış

2025-ci ildə Rusiyada kənd yerlərinin tənəzzülü davam edib. Son bir il ərzində rəsmi olaraq azı 266 yaşayış məntəqəsi ləğv edilib, indi bunlar tamamilə boşaldılmış kəndlərdir.

Bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, yaşayış məntəqələrinin yoxa çıxması üzrə ikinci dəfə lider Kostroma vilayəti olub, onun ardınca Novqorod gəlir. Bu iki region birlikdə ləğv edilən bütün yaşayış məntəqələrinin təxminən dörddə üçünü təşkil edib.

Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, üçüncü yerdə Perm vilayəti qərarlaşıb. Burada artıq təkcə kəndlərin “ölümü” qeydə alınmır, həm də azsaylı əhalisi olan ucqar yaşayış məntəqələri məqsədli şəkildə boşaldılır. Kiçik kəndlərin bir hissəsi isə infrastruktur boşluqlarını qismən doldurmaq üçün daha iri yaşayış məntəqələrinə birləşdirilir.

“Əslində, söhbət inkişafdan deyil, tənəzzülün hüquqi rəsmiləşdirilməsindən gedir. Rusiya regionları ardıcıl şəkildə əhalisini itirir, boşaldılmış kəndlərin əraziləri isə sadəcə, təsərrüfat ehtiyacları üçün istifadə olunur. Bu vəziyyət Moskvanın guya əyalətləri dirçəltməli olan yeni “Baş Məskunlaşma Sxemi” barədə səsləndirdiyi gurultulu bəyanatları ilə kəskin ziddiyyət təşkil edir”, – məlumatda deyilir.

Ukrayna kəşfiyyatının fikrincə, hesabat ancaq dərin demoqrafik böhran və digər problemləri təsdiqləyir: tibbi xidmət, təhsil və iş imkanları olmayan yarıboş kəndlər heç kimi cəlb etmir, “əhalinin paylanması” cəhdləri isə uğursuzluğu kosmetik şəkildə ört-basdır etməkdən başqa bir şey deyil.

“Yekunda Rusiya bir neçə iri aqlomerasiya istisna olmaqla sistemli tənəzzülü nümayiş etdirir – depopulyasiya, kəndlərin yoxa çıxması və inkişaf fərqi getdikcə dərinləşir, gurultulu proqramlar isə sürətlə boşalan reallığın kağız dekorasiyası olaraq qalır”, – Ukraynanın Xarici Kəşfiyyat Xidməti vurğulayıb.

Rusiya Ukraynanın 12 yaşayıș məntəqəsini nəzarətə götürdü

Rusiya Ukraynanın 12 yaşayıș məntəqəsini nəzarətə götürdü

Dünya
15 fevral 2026 588 baxış
Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?

Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?

Dünya
15 fevral 2026 588 baxış
İki ayda beş bank soyğuna məruz qaldı

İki ayda beş bank soyğuna məruz qaldı

Dünya
15 fevral 2026 588 baxış
Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib

Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib

Dünya
15 fevral 2026 588 baxış
Bəqai Nensi Pelosi barədə yazdı

Bəqai Nensi Pelosi barədə yazdı

Dünya
15 fevral 2026 588 baxış
Los-Ancelesdə İran hökumətinə qarşı aksiya

Los-Ancelesdə İran hökumətinə qarşı aksiya

Dünya
15 fevral 2026 588 baxış
Almaniyada yüz minlərlə insan İran hökumətinə etiraz edir

Almaniyada yüz minlərlə insan İran hökumətinə etiraz edir

Dünya
15 fevral 2026 588 baxış
Nigeriyada yüzlərlə insan Balıq Festivalına qatıldı

Nigeriyada yüzlərlə insan Balıq Festivalına qatıldı

Dünya
15 fevral 2026 588 baxış
Zelenski Rubio ilə danışıqların təfərrüatlarını açıqladı

Zelenski Rubio ilə danışıqların təfərrüatlarını açıqladı

Dünya
15 fevral 2026 588 baxış
NATO rəsmisi etiraf etdi: Avropanın raketləri bitib - Baku TV CANLI

NATO rəsmisi etiraf etdi: Avropanın raketləri bitib - Baku TV CANLI

Dünya
15 fevral 2026 588 baxış
Seçilmişlər
icon