Rusiya köhnə nizama müqavimət göstərmir | Putindən vacib açıqlama
Rusiya Prezidenti Vladimir Putin Üçüncü Dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib.
Bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.
"Münaqişə üçün böyük potensial var. Həm də burnumuzun dibində − Ukraynada və Yaxın Şərqdə baş verənlər. Biz bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq", − deyə o qeyd edib.
Putin vurğulayıb ki, İrandakı nüvə obyektləri ilə bağlı təhdidlər Rusiyanın sülh yolu ilə həll yollarının axtarışında iştirakını tələb edir.
Vladimir Putin ölkəsinin beynəlxalq arenadakı hədəflərini də açıqlayıb.
Onun sözlərinə görə, Rusiya köhnə nizama müqavimət göstərmir. Moskva dostları − sivilizasiyanın ümumi problemlərini həll etmək üçün birgə işləmək istəyənlərin hamısını birləşdirir.
"Böyük yeddiliyin qlobal iqtisadiyyatda payı ildən-ilə azalır, BRICS-in payı isə artır. Lakin Rusiya dünya arenasında mövqelərini itirən ölkələrlə danışıqlara hazırdır. Rusiya dünya inkişafının qlobal tendensiyalarını nəzərə alaraq Asiyaya doğru dönüş edib. Dünya nizamı istənilən halda dəyişəcək, bizim vəzifəmiz dəyişikliklərə sivil xarakter verməkdir", − deyə o bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Putin Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verdi - Baku TV
- Ukrayna bu ölkələrdən nüvə silahı alacaq? - Zelenskidən açıq mesaj - Baku TV
- Zelenski ilə Tramp arasında növbəti telefon danışığı olub
- “The New York Times”: Sülh olmayacaq, Putin daha iki il müharibə planlaşdırır
- "Cenevrədə danışıqların başladığı gün Rusiyanın cavabı zərbələrlə oldu" | Zelenski - Baku TV
