Pleyeri seçin:
Rusiya Liman şəhərinə raket yağdırdı : ölən və yaralılar var
Rusiya Ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.
Bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hücum nəticəsində 15 nəfər ölüb, azı 5 nəfər də yaralanıb.
Məlumatda qeyd olunub ki, şəhər reaktiv yaylım atəşi sistemləri ilə vurulub. Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, iyulun 8-i Rusiya Silahlı Qüvvələri Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 60-a yaxın raket zərbəsi endirib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
