Dünya
Pleyeri seçin:

Rusiya PUA-ları yenidən Xarkov vilayətini hədəf aldı | Ölən və yaralılar var

04 aprel 2024

“Rusiyanın “Şahed” pilotsuz təyyarələri ilə Ukraynanın Xarkov şəhərini vurması nəticəsində 3-ü xilasedici olmaqla 7 nəfər həlak olub, 12 nəfər yaralanıb”.

Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır. Kamikadze dronlarının hücumu nəticəsində yaşayış və hündürmərtəbəli binaya ziyan dəyib. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bütün fövqəladə hallar və ictimai xidmətlər, eləcə də könüllülər dağıntıların aradan qaldırılmasına cəlb olunublar.

Hadisə ilə bağlı Ukrayna Silahlı Qüvvələri də məlumat yayıb. Baş Qərargahdan bildirilib ki, ölkə ərazisinə “Şahed” tipli 20 pilotsuz uçuş aparatı ilə hücum edilib. Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri 11 PUA-nı havada zərərsizləşdirsə də, 9-u ölkənin müxtəlif ərazilərinə düşüb.

Ukraynanın Zaporojye vilayətində də partlayış səsləri eşidilib. Bu barədə məlumatı isə Zaporojye vilayəti administrasiyası yayıb. İlkin ehtimallara görə, sözügedən ərazilər də aviazərbələrə məruz qalıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ölkənin bir sıra regionlarında ballistik raket və PUA hücumu ilə bağlı xəbərdarlıq edib.

Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları şiddətlənir

Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları şiddətlənir

Dünya
10 may 2024
Blinkendən İsrailə qarşı addım | Hesabatda nələr olacaq?

Blinkendən İsrailə qarşı addım | Hesabatda nələr olacaq?

Dünya
10 may 2024
Erməni müxalifət Paşinyana qarşı çıxır | Vəziyyət gərginləşir

Erməni müxalifət Paşinyana qarşı çıxır | Vəziyyət gərginləşir

Dünya
10 may 2024
Rusiya Ukraynaya hücumların sayını getdikcə artırır | Strateji obyektlər hədəf alınır

Rusiya Ukraynaya hücumların sayını getdikcə artırır | Strateji obyektlər hədəf alınır

Dünya
10 may 2024
Paşinyanı devirmək istəyənlər kimin arxasında gizlənib?

Paşinyanı devirmək istəyənlər kimin arxasında gizlənib?

Dünya
10 may 2024
İrəvan çalxalanır | Paşinyana etiraz edənlərin sayı artır

İrəvan çalxalanır | Paşinyana etiraz edənlərin sayı artır

Dünya
10 may 2024
Ermənistanda hər şeyi dəyişdirən detal | Paşinyanın bəxti nədə gətirib?

Ermənistanda hər şeyi dəyişdirən detal | Paşinyanın bəxti nədə gətirib?

Dünya
10 may 2024
Köçəryanın ofisində gizli görüş | Paşinyan taxtından bərk yapışacaq

Köçəryanın ofisində gizli görüş | Paşinyan taxtından bərk yapışacaq

Dünya
10 may 2024
Görüşün gizli hissəsi | Putin Paşinyana qəsdən nə təklif etdi?

Görüşün gizli hissəsi | Putin Paşinyana qəsdən nə təklif etdi?

Dünya
10 may 2024
Sülh danışıqlarında xaos: Nümayəndələr şəhəri tərk etdi

Sülh danışıqlarında xaos: Nümayəndələr şəhəri tərk etdi

Dünya
10 may 2024
Seçilmişlər
icon