Rusiya üçün gözlənilməz təhlükə | Müharibənin gedişatı nələri dəyişdirdi?
Ukrayna qoşunlarının Kursk vilayətində gözlənilməz əməliyyatı Kreml rəhbəri Vladimir Putini qəzəbləndirib. Bu barədə “Hill” məlumat yayıb.
Məqalədə bildirilib ki, Putin işğalı “böyük təxribat” adlandırıb: “Bu, Kremlin təkcə Ukraynaya qarşı müharibədə deyil, həm də Kiyevin əsas dəstəkçisi ABŞ ilə münasibətlərdə potensial eskalasiya qorxusunu artırıb”.
GLOBSEC analitik mərkəzinin siyasət və proqramlar üzrə vitse-prezidenti Yelena Kudzko qeyd edib ki, hücumun necə davam edəcəyi bəlli olmasa da, Ukrayna Rusiya ərazisinə girərək “müharibə rəvayətini” uğurla dəyişib:
“Ukraynalılar müharibə haqqında rəvayətləri dəyişdirmək üçün bütün səyləri göstərirlər. Kurskdan əvvəl belə bir hiss var idi ki, müharibə kifayət qədər proqnozlaşdırıla bilər. Hətta müharibə artıq “donmuş” kimi qəbul edilirdi”.