Rusiya-Ukrayna müharibəsi hansı tarixdə bitəcək? - Zelenskidən açıqlama - Baku TV
"Qış gəlmədən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq lazımdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda amerikalı həmkarı Donald Trampla görüşündən əvvəl jurnalistlərə deyib.
"Ümid edirəm ki, biz bu müharibəyə son qoya biləcəyik. Bu işdə Donald Tramp bizə kömək edəcək və düşünürəm ki, bunu ən qısa zamanda – qış gəlmədən əvvəl etmək lazımdır", – deyə Zelenski bildirib.
ABŞ lideri Donald Tramp isə tezliklə rusiyalı həmkarı Vladimir Putinlə yenidən təkbətək görüş keçirə biləcəyini istisna etməyib. Bu barədə o, Nyu-Yorkda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən əvvəl jurnalistlərə bildirib.
Bununla yanaşı, Donald Tramp üç ölkənin liderlərinin qarşıdakı Mayami G20 Sammiti çərçivəsində görüşə biləcəklərinə şübhə etdiyini deyib.
"Bilirəm ki, o mənimlə görüşəcək. Bizim artıq Alyaskada görüşümüz baş tutub. Düşünürəm ki, o, daha birinə də hazırdır. Mayami barədə isə əmin deyiləm", – Tramp deyib.
Qeyd edək ki, G20 Sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski sülh üçün yeni təkliflərdən danışdı
- Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI
- Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib
- Zelenski və Trampın Nyu-Yorkda görüşməsi ilə bağlı razılıq əldə edilib - Baku TV
- Yaxın Şərqdə eskalasiya riski artır | Zelenski və Tramp Nyu-Yorkda görüşəcək? - YENİ BİR SƏHƏR
