Pleyeri seçin:

Rusiya-Ukrayna müharibəsi yekunlaşır? - Hakan Fidandan ümidverici açıqlama - Baku TV

07 yanvar 2026 142 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsində artıq davamlı sülhə yaxın mərhələ formalaşıb.

"Anadolu" Agentliyi xəbər verir ki, o bu barədə "Könüllülər koalisiyası"nın Parisdə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, sülh üçün həlledici olan əsas məsələlər hazırda son dərəcə konstruktiv şəkildə müzakirə olunur.

Hakan Fidan qeyd edib ki, müzakirələr təkcə müharibənin dayandırılmasını deyil, eyni zamanda Rusiya ilə Avropa arasında uzunmüddətli sülh şərtlərinin müəyyənləşdirilməsini də əhatə edir.

Onun sözlərinə görə, mümkün sülh sazişindən sonra atəşkəsə nəzarət mexanizmləri, pozuntuların qarşısının alınması və təhlükəsizlik məsələləri gündəmdədir.

H.Fidan vurğulayıb ki, NATO üzvü və Qara dənizdə ən böyük donanmaya malik ölkə kimi Türkiyə dəniz təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyəti üzərinə götürməyə hazırdır.

Nazir bildirib ki, sülh əldə edildikdən sonra Ukraynanın iqtisadi bərpası və infrastrukturunun yenidən qurulması da əsas müzakirə mövzularından biridir. Onun sözlərinə görə, Türkiyə bu sahədə böyük təcrübəyə malikdir və Ukraynanın iqtisadi dirçəlişində mühüm rol oynayacaq.

H.Fidan əlavə edib ki, Ankaranın məqsədi sülh sazişinin mümkün qədər tez imzalanması, insan tələfatının qarşısının alınması və bölgədə uzunmüddətli sabitliyin təmin edilməsidir.

Karmadon faciəsinin gerçəkləri: Sergey Bodrovun arvadına yazdığı məktubda nə var idi? - ARAŞDIRMA

Karmadon faciəsinin gerçəkləri: Sergey Bodrovun arvadına yazdığı məktubda nə var idi? - ARAŞDIRMA

Dünya
12 fevral 2026 142 baxış
Avropa İttifaqı liderlərindən təcili toplantı

Avropa İttifaqı liderlərindən təcili toplantı

Dünya
12 fevral 2026 142 baxış
Alyansın Baş katibindən açıqlama

Alyansın Baş katibindən açıqlama

Dünya
12 fevral 2026 142 baxış
Şanxayda nəhəng çuxur yolu “uddu”

Şanxayda nəhəng çuxur yolu “uddu”

Dünya
12 fevral 2026 142 baxış
NATO silah tədarükü ilə bağlı Kiyevə dəstəyini davam etdirəcək

NATO silah tədarükü ilə bağlı Kiyevə dəstəyini davam etdirəcək

Dünya
12 fevral 2026 142 baxış
ABŞ ilə razılaşmadan sonra Rusiyadan Ermənistana mesaj: Güzəştə hazırıq

ABŞ ilə razılaşmadan sonra Rusiyadan Ermənistana mesaj: Güzəştə hazırıq

Dünya
12 fevral 2026 142 baxış
Qrossi: "İranın bir neçə nüvə bombası hazırlamağa bəs edəcək uranı var"

Qrossi: "İranın bir neçə nüvə bombası hazırlamağa bəs edəcək uranı var"

Dünya
12 fevral 2026 142 baxış
Türkiyədə tapılan pilotsuz uçuş aparatı hansı ölkəyə məxsus imiş? - Baku TV CANLI

Türkiyədə tapılan pilotsuz uçuş aparatı hansı ölkəyə məxsus imiş? - Baku TV CANLI

Dünya
12 fevral 2026 142 baxış
Alyans Arktikanın təhlükəsizliyi üçün missiyaya başlayır

Alyans Arktikanın təhlükəsizliyi üçün missiyaya başlayır

Dünya
12 fevral 2026 142 baxış
“Bu, Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır” | Serdyukov 

“Bu, Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır” | Serdyukov 

Dünya
12 fevral 2026 142 baxış
Seçilmişlər
icon