Rusiya Ukraynadakı müharibəyə görə ABŞ-ni ittiham etdi
ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında münaqişə yaranıb.
Bu barədə AP nəşri məlumat yayıb.
Məlumata görə, ATƏT-in Nazirlər Şurasının Maltadakı iclasında rusiyalı nazir Qərbi eskalasiya və ölkəsi ilə birbaşa münaqişəyə təhrikdə ittiham edib.
“Əfqan rüsvayçılığından sonra yeni ümumi düşmənə ehtiyac yaranıb. Nəticə soyuq müharibənin reinkarnasiyasıdır, lakin indi onun qaynar fazaya keçməsi riski daha böyükdür”, – S.Lavrov bildirib.
Blinken xatırladıb ki, vəziyyət məhz Moskva Şimali Koreya qoşunlarını Avropada yerləşdirməklə, Ukraynaya qarşı ortamənzilli ballistik raketdən istifadə etməklə və onun enerji sektorunu vurmaqla gərginləşib.
“Cənab Lavrov hər bir üzv ölkənin öz seçimini etmək hüququndan danışdı. Söhbət məhz bundan gedir: Ukraynanın və xalqının suveren haqqı gələcəklə bağlı öz seçimini etməkdir, bu seçimin Moskva və onun rəhbərliyi altında edilməsinə imkan verməməkdir”, – E.Blinken bildirib.
site.tag_news
- Prezidentdən tarixi xatırlatma | ABŞ-yə lazım olanda, biz onlarla idik, amma...
- Tramp "ikinci USAID"i yaradacaq? - Təşkilatın əməlləri ifşa olundu
- Ramil İskəndərlidən USAID-lə bağlı mühüm açıqlama | Faktların hamısı göstərir ki...
- Onlar da Trampın qara siyahısına düşdü | Ağ Ev rəhbəri kimlərin icazəsini ləğv etdi?
- Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
