Rusiya Ukraynaya aviabombalar atıb
Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin şimal-şərq bölgələrinin işğaldan azad olunmasının ildönümü ilə əlaqədar həmin ərazilərə səfər edib.
Sumı keçən il Rusiyanın genişmiqyaslı işğalının ilk həftələrində şiddətli döyüşlərin episentri olub. Sakinlərlə görüşən Ukrayna lideri vilayətin müdafiəsində fərqlənən hərbçilərə mükafatlar təqdim edib.
Qeyd edək ki, martın 28-də Rusiya Ordusu Ukraynanın Sumı vilayətinin Belopolye bölgəsinə aviasiya bombaları atıb. Məlumata görə, hücum nəticəsində bir nəfər yaralanıb. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkə səhifəsində hadisə ilə bağlı bildirib ki, bombardman nəticəsində iki şəxsi evə, çoxmənzilli yaşayış binasına və küçədən keçən aşağı təzyiqli qaz kəmərinə ciddi ziyan dəyib.
#Rusiya teqi istifadə olunub
- Putin Qərbi illər əvvəl verilən vədi pozmaqda ittiham etdi - Baku TV CANLI
- Putinin miqrantlarla bağlı yeni qərarı yüz minlərlə azərbaycanlıya təsir edəcək? - Baku TV
- Rusiyanın silah bazarı əldən çıxır? | 24 qırıcı sifarişi iddiasının arxasında nə dayanır?
- Almaniya hərbi büdcəni rekord həddə çatdırır: Yeni plana nələr daxildir? - Baku TV CANLI
- “Rusiya qarşısına qoyduğu məqsədlərə çatacaq” | Putindən açıq mesaj - Baku TV CANLI
