Rusiya Ukraynaya raketlərlə zərbələr endirdi | Binalar darmadağın edildi - Baku TV
Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində azı 30 nəfər xəsarət alıb.
Bu barədə Xarkov şəhər meri öz “Telegram” kanalında paylaşım edib.
İlkin məlumata görə, Rusiya Ordusu Xarkova iki raket zərbəsi endirib. Ukrayna Baş Prokurorluğu zərbənin “İsgəndər” raketləri ilə həyata keçirildiyini qeyd edib.
Yaşayış binalarından əlavə mağazalar, kafelər və supermarketlər də zərər görüb.
Xarkov Şəhər Şurasının məlumatına görə, Kiyev rayonunda 22 binaya ziyan dəyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında da paylaşım edib.
“Bu, sadəcə yaşayış məntəqəsi idi. Binalardan birinə ciddi ziyan dəyib”, – deyə Zelenski qeyd edib.
Əlavə edək ki, yaralananlar arasında körpələrin də olduğu bildirilir. Hadisə ilə bağlı bölgədə xilasetmə işləri aparılır.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiya müharibənin dayandırılması üçün şərtini açıqladı
- Rusiya Vaşinqtonun təklifinə nə cavab verəcək?
- Ukraynada vəziyyət gərginləşir: Müharibənin miqyası genişlənir - Baku TV
- Rusiya Ordusundan genişmiqyaslı hücum | Yaşayış binaları və ticarət mərkəzləri vuruldu - Baku TV
- Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları yenidən şiddətləndi - Baku TV CANLI
