Rusiya və NATO arasında toqquşma riski | Admiraldan sensasiyalı açıqlama
“NATO-ya üzv ölkələr alyansla Rusiya Federasiyası arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələr endirməyi müzakirə edirlər”.
Bunu alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
O əlavə edib ki, Qərbin Rusiya ilə potensial hərbi qarşıdurmaya hazırlaşmağa vaxtı var.
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya və Qərbə qarşı təhdidlərini artırıb, xüsusən də Ukraynanın Rusiyaya qarşı uzaq məsafədən zərbələrini dəstəkləyən ölkələri hədəfə alıb.
Rəsmi Moskva hərəkətə keçərsə, gözləməyəcəyik, cavabımız mütləq olacaq”, – deyə admiral qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində NATO admiralının açıqlamasına cavab verib.
Bildirib ki, NATO Rusiya Federasiyasına qabaqlayıcı zərbələr endirmək imkanını elan etməklə, ədəb-ərkanı geridə qoyub.
Bauerin sözlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Şimali Atlantika Alyansı Rusiya Federasiyasının, yəqin ki, yenilənmiş nüvə doktrinasını oxuyub bitirməyib.