Rusiyada bu sahədə 200 min işçiyə ehtiyac var | Biz problemi həll etmək üçün…
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın tikinti sənayesində hazırda 200 000 işçi çatışmır”.
Rusiya mətbuatı xəbər verir ki, bu məlumatı Baş nazirin müavini Marat Xusnullin “Tikinti sənayesinin gələcəyi: çağırışlar və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik simpoziumdakı çıxışında açıqlayıb.
“Bizim hesablamalara görə, bu gün tikinti sənayesində 200 minə yaxın işçi çatışmır. Biz problemi həll etmək üçün yeni texnologiyalar tətbiq edir, kadr hazırlığını genişləndiririk”, – M.Xusnullin bildirib.
Onun sözlərinə görə, əmək məhsuldarlığının artırılması kadr çatışmazlığı probleminin həllində əsas məsələlərdən biridir:
“Bizim qarşımızda növbəti illərdə məhsuldarlığı 22 faiz artırmaq vəzifəsi durur”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya rəsmiləri nəqliyyat və logistika sektorunda 1 milyon, kənd təsərrüfatında isə 800 minə yaxın işçiyə ehtiyac olduğunu açıqlayıblar.
#Rusiya teqi istifadə olunub
