Rusiyada görünməmiş böhran | Hansı şəhərlər risk altındadır?
Mənfi demoqrafik tendensiyalar və əhalinin məşğulluğunun azalması fonunda Rusiyanın 3,4 milyon əhalisi olan 129 kiçik şəhəri yoxa çıxa bilər.
Bu barədə “İzvestiya” RANEPA ekspertlərinin araşdırmasına istinadla məlumat yayıb.
Nəşr yazır ki, hazırda əhalisi 50 mindən az olan şəhərlərdə ümumilikdə 3,4 milyondan çox insan yaşayır və son 10 ildə onların sayı 314,5 min nəfər azalıb. Ən çox əhalinin azalması kömür, metallurgiya və ağac emalı şəhərlərində qeydə alınıb. Tədqiqatın müəllifləri hesab edirlər ki, Bryansk, Novqorod, Kirov vilayətləri və Krasnoyarskın bir sıra yaşayış məntəqələri ən böyük risk altındadır.
Tədqiqatın müəllifləri belə şəhərlərin inkişaf üçün kifayət qədər daxili resurslara malik olmadığını, kiçik şəhərlərin çoxluğuna görə resursların bərabər paylanmasının da çətin olduğunu iddia edirlər. Kiçik şəhərlərin əhalisinin ümumi kəskin azalmasının səbəbləri kimi məşğulluğun, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması göstərilir.
Araşdırmanın nəticələri göstərir ki, şəhər yerlərinin inkişafı üçün 100 mindən çox əhali lazımdır.
#Rusiya teqi istifadə olunub
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
- Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- "Avropa və NATO olaraq Rusiyaya təzyiqi artıracağıq" | Moskvaya cavab necə olacaq? - Baku TV
- Rusiyanın Ermənistandakı hərbi mövcudluğu sona çata bilər? - Baku TV CANLI
