Pleyeri seçin:
Rusiyada PUA yaşayış binasına çırpıldı: yaralılar var
Rusiyanın Voronej vilayətində Pilotsuz Uçuş Aparatı yaşayış binasına çırpılıb.
Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
“Sosial şəbəkələrdə yayılan görüntülərdən PUA-nın mənzillərin eyvan və pəncərələrinə ziyan vurduğunu görmək mümkündür. Hazırda hadisənin detalları araşdırılır”, – deyən qubernator həmçinin bildirib ki, PUA-nın çırpıldığı binanın sakinləri təxliyə edilməyəcək.
Qeyd edək ki, sözügedən binada ümumilikdə 90 sakin yaşayır. Ərazidə təmir-bərpa işləri görülür.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Ukrayna kəşfiyyatı Rusiya daxili sənədlərini ələ keçirdi - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır | Hakan Fidan - Baku TV CANLI
- Türkiyə XİN-in Moskvaya sərt mesajı gündəmdə - Baku TV
- Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI
- ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI
