Pleyeri seçin:

Rusiyada şəkil çəkdirib rəhbərlərinə göndərirlər ki... | Hərbi ekspertdən açıqlama

14 avqust 2024 646 baxış

“Volodimir Zelenskinin Kursk təxribatı onlar üçün faciəvi şəkildə başa çatacaq. Rusiya cavab verəcəyi zaman Qərbin planları ilə hərəkət edən Ukraynanı xilas edə biləcək şəxs olmayacaq”.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Ukrayna Ordusunun avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətinə daxil olmasını, mülki şəxslərin həyatı bahasına aparılan hərbi əməliyyatları şərh edərkən bildirib.

O əlavə edib ki, hazırda vilayətdə qaynar döyüşlər gedir:

“Bu əməliyyat Böyük Britaniya kəşfiyyatının dəstəyi ilə hazırlanıb. Onlar bunu inkar etsələr də, ABŞ və Böyük Britaniya kəşfiyyatının dəstəyi olmasaydı, belə bir əməliyyat baş verməzdi. Ukrayna buna cürət belə edə bilməzdi. Düşünürəm ki, bu hərbi əməliyyat bir ay davam edəcək”.

Yevgeni Mixaylov qeyd edib ki, Ukrayna Rılski almaq istəyir, amma buna nail olmayacaq:

“Bu şəhər Moskvadan belə qədimdir, buranı nə monqollar, nə də başqa kimsə ələ keçirə bilib. Düşmən hazırda olduğu yerdən irəli gedə bilməyəcək. Hazırda hətta Qərb ekspertləri belə bunun V.Zelenskinin böyük səhvi olduğunu deyirlər.

ABŞ və Böyük Britaniyanın bütün hərəkətlərdən xəbərdar olmasına baxmayaraq, V.Zelenski icazəni dəqiqləşdirmədən tələsik bu addımı atıb. Bundan sonra bizim edə biləcəyimiz tək şey düşməni məhv etmək, mülki əhalimizi xilas etmək və onları şəhərdən təxliyə etməkdir. Rusiya eyni zamanda cavab planı hazırlamalıdır. Bizim tərəfimizdən hələ cavab gəlməyib, cavab veriləndə bu təxribatı edənlər məhv olacaqlar. Bizim verəcəyimiz cavab dəhşətli olacaq”.

Hərbi ekspert onu da əlavə edib ki, Ukraynanın Kursk bölgəsinə hücumu Kiyev rejiminin son əməliyyatıdır və bu hadisə Ukraynanın sonu deməkdir. Onun sözlərinə görə, V.Zelenski ölkəsinin məhvini hazırlayıb. 

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 646 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 646 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 646 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 646 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 646 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 646 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 646 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 646 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 646 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 646 baxış
Seçilmişlər
icon