Rusiyada Təhlükəsizlik Şurasının təcili iclası keçirilib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
Rusiya mediasının ehtimallarına görə, iclasın keçirilməsi ilə bağlı qərar Ukrayna hərbçiləri və dronları tərəfindən Rusiya şəhərlərinə, xüsusən də Bryansk vilayətinə gözlənilən hücumlarla bağlıdır.
“Bu gün onlar başqa bir terror aktı törətdilər, sərhəd ərazisinə girib mülki şəxslərə atəş açdılar. Mülki avtomobilin içərisində uşaqların olduğunu görsələr də, onlara atəş açdılar. Əminəm ki, havadarları bugünkü cinayəti də xatırlamayacaqlar. Ancaq onlarda heç nə alınmayacaq, biz onları dəf edəcəyik”, - deyə Rusiya lideri bildirib. Q
eyd edək ki, Bryansk vilayətinin Klimovski rayonunun yaşayış məntəqələrində vəziyyət Rusiya hüquq-mühafizə orqanlarının nəzarətindədir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub ki, əraziyə baxış keçirilib və böyük müxtəlif tipli partlayıcı qurğular aşkarlanıb.
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
