Pleyeri seçin:

Rusiyanın "əl-qolunu" bağladılar? - Putin İstanbulda Zelenski ilə görüşə məcbur qaldı?

12 may 2025 376 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə İstanbulda sülh danışıqları ilə bağlı şəxsən görüş təklifi ilə “diplomatik qambit” edib.

Bu fikirlər “The Guardian”da paylaşılıb.

Qeyd edək ki, qambit şahmatda tez hücuma keçmək üçün piyadanı qurban verməyə deyilir.

V.Zelenskinin İstanbulda görüş təklifi təşəbbüsü V.Putindən alıb Kremlə təzyiq kimi yozulur.

Mayın 10-da Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfərində 30 günlük atəşkəs təklifi irəli sürülüb. Hətta Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, V.Putin təklifdən imtina etsə, Rusiyaya qarşı sanksiyalar daha ağır formada tətbiq ediləcək, Ukraynaya isə hərbi yardım artırılacaq.

Avropalılar düşünürlər ki, belə olan halda Rusiya danışıqlar masasına oturmağa məcbur ediləcək. Cavab olaraq isə V.Putin Ukraynanı əvvəlki razılaşmaları pozmaqda günahlandırıb. Amma buna baxmayaraq, V.Putin Kiyev və Kremlin danışıqlar üçün İstanbulda bir araya gəlməyinin mümkünlüyünü dilə gətirib.

Avropalıların fikrincə, Rusiya liderinin belə danışması Donald Tramp Administrasiyasına Moskvanın konstruktiv olduğunu nümayiş etdirməkdən başqa bir şey deyil. Çünki V.Putin V.Zelenskinin təkbətək görüş təklifinə müsbət cavab verməyə bilər. Rusiya lideri belə spontan danışıqlara hazır deyil.

Hər halda hazırda çıxış yolu İstanbuldadır. Rusiya danışıqlara qatılsa, Qərbin tələb etdiyi 30 günlük atəşkəs razılaşması əldə oluna bilər. Moskvanın görüşdən imtinası isə Rusiyanın Avropa və ABŞ-nin yeni sanksiyaları ilə üzləşməsi ilə nəticələnəcək.

Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Dünya
22 dekabr 2025 376 baxış
Yunanıstanda fermerlərin gecikən Aİ subsidiyalarına etirazı

Yunanıstanda fermerlərin gecikən Aİ subsidiyalarına etirazı

Dünya
22 dekabr 2025 376 baxış
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayamidəki danışıqlardan söz açdı

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Mayamidəki danışıqlardan söz açdı

Dünya
22 dekabr 2025 376 baxış
Müzakirələrin Floridada keçirilən növbəti raundu

Müzakirələrin Floridada keçirilən növbəti raundu

Dünya
22 dekabr 2025 376 baxış
İsrail “Hizbullah”ın 2 üzvünü zərərsizləşdirdi

İsrail “Hizbullah”ın 2 üzvünü zərərsizləşdirdi

Dünya
22 dekabr 2025 376 baxış
Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular

Fransada hərbçilər xəstəliklə mübarizə tədbirlərinə qoşuldular

Dünya
22 dekabr 2025 376 baxış
ABŞ daha bir tankeri ələ keçirdi

ABŞ daha bir tankeri ələ keçirdi

Dünya
22 dekabr 2025 376 baxış
Cari ildə La-Manşı qayıqlarla keçənlərin sayı 40 mini ötüb

Cari ildə La-Manşı qayıqlarla keçənlərin sayı 40 mini ötüb

Dünya
22 dekabr 2025 376 baxış
Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV

Müharibədə gərginlik pik həddə | Rusiya bu əraziləri hədəfə aldı - Baku TV

Dünya
22 dekabr 2025 376 baxış
BMT Qəzzadakı acınacaqlı vəziyyətlə bağlı çağırış etdi

BMT Qəzzadakı acınacaqlı vəziyyətlə bağlı çağırış etdi

Dünya
21 dekabr 2025 376 baxış
Seçilmişlər
icon