Pleyeri seçin:

Rusiyaya göndərilən 4 qadın casusun əməlləri ortaya çıxdı | Onlar hazırlaşırmışlar ki...

07 fevral 2025 400 baxış

Rusiya Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-na-Donu şəhərində Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, eləcə də yüksəkrütbəli Rusiya hərbçilərinə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən 4 qadını saxlayıb.

Bu barədə ölkə mətbuatında məlumat verilib.

Həmin şəxslərin Ukrayna ərazisində atış, partlayıcı qurğuların hazırlanması və pilotsuz uçuş aparatlarının idarəolunması üzrə təlimlər keçdiyi açıqlanıb.

Bildirilib ki, saxlanılan şəxslərin evindən xeyli sayda partlayıcı maddə və onların hazırlanması üçün zəruri vasitələr, təlimatlar və digər dəlillər aşkarlanıb. Hələlik adları açıqlanmayan şəxslərin əməllərini etiraf etdiyi və zəruri əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi qeyd olunub.

Məlumata görə, gənc qadınlardan yalnız ikisi keçmiş sinif yoldaşları olub, digərlərinin isə bir-biri ilə heç bir tanışlıq əlaqəsi olmayıb.

Əməliyyat-istintaq materialları əsasında FSB-nin istintaq bölmələri tərəfindən terrorçuluq cinayətləri maddəsi ilə saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Törədilən cinayətlərə görə qadınları 30 ilə qədər həbs cəzası gözləyir. Onların qanunsuz fəaliyyətində köməklik göstərən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Banner
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 400 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 400 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 400 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 400 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 400 baxış
ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir

Dünya
04 noyabr 2026 400 baxış
Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Fon der Lyayen qalıq yanacaqlardan asılılığın iqtisadi risklərindən danışıb

Dünya
04 noyabr 2026 400 baxış
Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur

Dünya
04 noyabr 2026 400 baxış
Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir

Dünya
04 noyabr 2026 400 baxış
Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib

Dünya
04 noyabr 2026 400 baxış
Seçilmişlər
icon