Pleyeri seçin:

Rusiyaya qarşı planlara Serbiya da qoşulacaq? - Vuçiçdən Qərbə açıq mesaj

28 iyul 2025 368 baxış

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və vətəndaşların dəstəklədiyi müstəqil, prinsipial xarici siyasət yürütməyə davam edəcəyini bəyan edib.

O, bu fikirləri Belqradda yardım mərkəzinin açılışı zamanı səsləndirib.

Vuçiç ölkənin Avropa inteqrasiyası naziri Nemanya Staroviçin Avstriya agentliyinə verdiyi və Serbiyanın Avropa İttifaqına üzv olduqdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyi barədə açıqlamasını da şərh edib.

O bildirib ki, nazir fikrini ehtiyatsız ifadə edib və bu sözlər Serbiyanın rəsmi mövqeyini əks etdirmir: "Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək".

Vuçiç əlavə edib ki, Serbiyanın siyasəti prinsipə əsaslanır və bu siyasət nə Qərbdə, nə də Şərqdə bəyənilsə də, Serbiya vətəndaşları tərəfindən dəstəklənir.

Prezident həmçinin bildirib ki, Serbiya 1 iyuldan etibarən heç bir silah ixrac etməyib və bununla da hərbi münaqişələrin alovlanmasında iştirak etmədiyini nümayiş etdirir. O, bu qərarın müdafiə sənayesi üçün çətinlik yaratdığını etiraf etsə də, Serbiyanın heç bir xarici güc tərəfindən alətə çevrilməsinə imkan verməyəcəklərini bildirib.

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Dünya
05 fevral 2026 368 baxış
Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Dünya
05 fevral 2026 368 baxış
Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Dünya
05 fevral 2026 368 baxış
Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Dünya
05 fevral 2026 368 baxış
Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Dünya
05 fevral 2026 368 baxış
Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Dünya
05 fevral 2026 368 baxış
Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Dünya
05 fevral 2026 368 baxış
Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Dünya
05 fevral 2026 368 baxış
Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Dünya
05 fevral 2026 368 baxış
ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

Dünya
05 fevral 2026 368 baxış
Seçilmişlər
icon