Pleyeri seçin:

Saçlardan yastıq, ən az maaş-7942 azn, buzlu suda çimmək | İsveçrə - Oralarda necədir?

03 yanvar 2024 124 baxış

Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə bank və şokolad deyəndə ağlımıza gələn ilk ölkə, nağıllar aləmi olan İsveçrədən bəhs olunub.

Bildirilib ki, dəqiq paytaxtı olmayan İsveçrə stabillik, rifah və sakit əsəb sistemi üçün ideal ölkədir. Bern isə Avropanın ən gözəl yeni il şəhəridir. Bern doğma sakinlərin təbiricə desək, yuxu dərmanıdır.

Bura sakit və təhlükəsizdir. Amma o demək deyil ki, bura darıxdırıcıdır. Belə olsaydı, ideal yeni il tətili üçün imkanlı şəxslər İsveçrəni seçməzdilər.

İsveçrədə yeni ildə ən əsas hədiyyə elə şokoladın özüdür. Burada elə şokoladlar hazırlanır ki, dadından doymaq mümkün deyil. Şokolad İsveçrədə ən çox satılan məhsuldur. Yeni ildə isə satışlar 2, 3 dəfə artır. Bu səbəbdən də fabriklər orijinal təqdimatlar, qutular, formalar düşünür. Küknar ağacı formalı şokolad 19 frank, yəni 37 manatadır.

İsveçrədə yeni il əhval-ruhiyyəsini hiss etdirən bir şey də var. O da qlintveyndir. Yeni il ərəfəsində təşkil olunan yarmarkalarda isti qlintveyn hər kəsin sevǝrǝk aldığı içkidir. Qlintveyn şərabdan hazırlanır. Əvvəlcə şərabı bişirirlər, sonra isə mixək, darçın, portağal və sair əlavə edirlər. Yeni il ərəfəsində minlərlə şüşə şərabdan qlintveyn hazırlanır. Bir fincanı 12 franka, bizim pulla 23 manata.

Belə bir bahalıqda sual yaranır. Görəsən, isveçrəlilər aya nə qədər qazanırlar ki, 37 manat şokolada, 23 manat qlintveynə xərcləyə bilirlər.

Məsələ burasındadır ki, İsveçrədə minimum əməkhaqqı deyilən anlayış yoxdur. Heç bir işəgötürən işçiyə bir saata 20 frankdan, yəni 39 manatdan az pul verə bilməz. İsveçrədə ən az maaş alan belə aya 4000 frank, bizim pulla 7942 manat pul alır. Ortalama əməkhaqqı isə ilə 100 min frank, bizim pulla 198566 manatdır. 

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 124 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 124 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 124 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 124 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 124 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 124 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 124 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 124 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 124 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 124 baxış
Seçilmişlər
icon