Sənaya endirilən hava zərbəsi barədə nə məlumdur?
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi səbəbindən 6 nəfər yaralanıb.
Hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.
Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.
Bu arada, Yəmən hökuməti husilərin fəaliyyətinin artıq təkcə ölkə və region üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını bəyan edib. Bu barədə hökumətin yaydığı bəyanatda deyilir.
Bildirilib ki, İranın dəstəklədiyi husilərin təhdidi beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhlükəyə çevrilib. Rəsmi Səna beynəlxalq ictimaiyyəti və Yəmənin tərəfdaşlarını husilərə qarşı silah embarqosunun tətbiqini təmin etməyə çağırıb.
#Yəmən teqi istifadə olunub
- Açıqlanan rəqəmlər Yəməndəki hərbi əməliyyatların miqyasını gündəmə gətirib
- Hökumət qüvvələri "Yəmən şəfəqi" əməliyyatını davam etdirir
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
