SEPAH Yaxın Şərqdəki ABŞ şirkətlərini hədəf alıb
İslam İnqilabı Keşikçiləri Korpusu 91-ci hücum dalğası çərçivəsində ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcısına zərbə endirdiyini bildirib.
Bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən IRIB telekanalı məlumat yayıb.
"Bu əməliyyat zamanı Hind okeanının şimal hissəsində yerləşən "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupu dörd "Qədr-380" qanadlı raketi ilə vurulub", – deyə İranın dövlət teleradio şirkəti bəyanatdan sitat gətirib.
SEPAH-dan bildirilib ki, əməliyyatın növbəti mərhələlərində Birləşmiş Ərəb Əmirliklərindəki bazalardan birinin kənarında yerləşən ABŞ qırıcılarının bort mühəndisləri və pilotlarının gizli toplanma yeri, həmçinin Küveytdə yerləşən Əli əs-Səlim bazasındakı pilotsuz aparat bölmələri də hədəf alınıb.
Qeyd edək ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Dubayda Amerikaya məxsus "Oracle" şirkətinin məlumat mərkəzinə də zərbə endirib.
#SEPAH teqi istifadə olunub
- İran sənaye müəssisələrini hədəf alıb
- ABŞ-dən İrana genişmiqyaslı hücum | Dağıdıcı aviazərbələr - Baku TV
- SEPAH-ın kritik hədəfləri | Aİ rəsmiləri Ukraynada | Trampdan İranla bağlı mesaj - YENİ BİR SƏHƏR
- "Gerçək vəd-4" əməliyyatının növbəti dalğası həyata keçirilib - Baku TV
- SEPAH komandirindən diqqətçəkən açıqlama | ABŞ və İsrail hədəfdə - Baku TV
