Pleyeri seçin:

Sərgidən oğurlanan tablonu qalereya geri götürmədi | Səbəb nədir?

04 iyun 2025 653 baxış

Məşhur kanadalı rəssam Jean-Paul Riopelə məxsus və dəyəri 50 min dollar olan sənət əsəri dörd ildən sonra gözlənilməz şəkildə tapılıb.

Oğurlanmış rəsm əsəri ABŞ-də bir zibillikdə aşkarlanıb.

Oğurluq hadisəsi 2021-ci ilin dekabrında baş verib. Riopelin “Adsız, Akvarel və Kağız üzərində Mürəkkəb” adlı əsəri sərgi salonundan oğurlanan beş əsərdən biri olub. Bu müddət ərzində onun harada olduğu məlum deyildi.

Tablo təsadüfən Nyu-Yorkda bir şəxsin hərraca çıxarmağa cəhd etməsi zamanı aşkar edilib. O bildirib ki, əsəri təxminən dörd il əvvəl zibillikdə tapıb və əsərin dəyərindən xəbərsiz halda evində saxlayıb.

Rəsmin müəllifi və əsl mənşəyi məlum olduqdan sonra kişi onu qanuni sahiblərinə geri qaytarmağa razı olub. Ancaq maraqlı məqam odur ki, əsərin oğurlandığı qalereya onu geri almaqdan imtina edib. Səbəb isə sığorta şirkətindən artıq təzminat almasıdır. Çünki əgər rəsmi geri qaytarsaydılar, həmin məbləği geri ödəməli olacaqdılar.

Bundan əlavə, əsərin bazar dəyərinin oğurluqdan sonra azalma ehtimalı da qalereya üçün maliyyə baxımından əlverişsiz hesab olunub.

Hörmüz boğazı yeni qarşıdurmanın mərkəzində - Baku TV CANLI

Hörmüz boğazı yeni qarşıdurmanın mərkəzində - Baku TV CANLI

Dünya
16 avqust 2026 653 baxış
Ukrayna ordusu Moskvaya dronlarla hücum etdi - Baku TV CANLI

Ukrayna ordusu Moskvaya dronlarla hücum etdi - Baku TV CANLI

Dünya
16 avqust 2026 653 baxış
İsrail "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham edir

İsrail "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham edir

Dünya
16 avqust 2026 653 baxış
Kolombo sahilində çərpələng festivalı keçirilib

Kolombo sahilində çərpələng festivalı keçirilib

Dünya
16 avqust 2026 653 baxış
Astronavtlar 2028-ci ildə Aya enəcək

Astronavtlar 2028-ci ildə Aya enəcək

Dünya
16 avqust 2026 653 baxış
Turistləri heyran edən Hakə qayası

Turistləri heyran edən Hakə qayası

Dünya
16 avqust 2026 653 baxış
Amerikalı alimdən maraqlı izah

Amerikalı alimdən maraqlı izah

Dünya
16 avqust 2026 653 baxış
ABŞ-nin müttəfiqləri nədən narazıdır? - Baku TV

ABŞ-nin müttəfiqləri nədən narazıdır? - Baku TV

Dünya
16 avqust 2026 653 baxış
ABŞ və İran üz-üzə | Danışıqların taleyi necə olacaq? - Baku TV

ABŞ və İran üz-üzə | Danışıqların taleyi necə olacaq? - Baku TV

Dünya
16 avqust 2026 653 baxış
Tehran-Maskat danışıqlarında son vəziyyət | Detallar açıqlandı - Baku TV CANLI

Tehran-Maskat danışıqlarında son vəziyyət | Detallar açıqlandı - Baku TV CANLI

Dünya
16 avqust 2026 653 baxış
Seçilmişlər
icon