Dünya
Pleyeri seçin:

Steyk ustası Nüsrət necə milyonçu oldu? | Haqqında maraqlı faktlar - ARAŞDIRMA

13 oktyabr 2024 3 baxış

Baku TV-də bir çox ölkədə restoranlar şəbəkələrinin sahibi olan steyk ustası türkiyəli aşpaz Nüsrət Gökçə haqqında araşdırma materialı yayımlanıb.

Nüsrət 1983-cü il avqustun 9-da Ərzurumun Paşalı kəndində kürd ailəsində anadan olub. Oğlan məktəbi yarımçıq qoyub, mədəndə çalışan və çox kasıb yaşayan atasına kömək etmək üçün işləməyə başlayır. İşlədiyi qəssabxananın yanında steyk restoranı açılanda artıq ətlə işləməyi peşəkarcasına öyrənən 24 yaşlı Nüsrət yeni iş yerində peşəsini davam etdirir.

Bir az pul yığan Nüsrət 3 aylıq Argentinaya gedir və oradakı aşpazların sirlərini öyrənir. Türkiyəyə qayıdan istedadlı gənc aşpaz məşhurlaşmağa başlayır. Amerikaya getmək istəyən Nüsrətə viza almaq üçün müraciətlərinə 4 dəfə rədd cavabı verilsə də, haqqında yazılan məqalələrlə konsulluğa gedən gəncə, nəhayət, viza verilir.

Amerikada Nüsrət məşhur restoranlarda işləyib, püxtələşir. Oradan qayıdan 27 yaşlı aşpaz İstanbulda 8 masa və 6 işçisi olan ilk “Nüsr-əti” restoranını açır. Restoran tez bir zamanda steyk həvəskarlarının sevimli məkanına çevrilir.

2017-ci ildə Nüsrət sosial şəbəkədə ustalıqla ət kəsərək duz səpdiyi videosunu yayımlayır və video 48 saat ərzində 2,6 milyon baxış toplayaraq ona “Salt Bae” ləqəbini qazandırır. Əslində, BAE abreviaturası “Hər kəsdən əvvəl” deməkdir və bu kontekstdə başqası duzlamamışdan əvvəl “özün duzla” mənasını daşıyır.

Bir il ərzində Nüsrət Dubay, Abu-Dabi, Doha, Mayami, London və Nyu-Yorkda restoranlar açır. Restoranların qonaqları arasında Dieqo Maradona, Lionel Messi, Devid Bekhem, Roman Abramoviç, Ramzan Kadırov, Leonardo Di Kaprio kimi məşhurlar olur.

Aşpazın populyarlığının səbəbini PR şirkəti ilə əməkdaşlıqda görürlər. Onun həmin PR şirkətinə 2 milyon dollar ödədiyi bildirilir.

Aşpaz isə yeməklərinin baha olmasını 14 saatlıq iş rejimi ilə çalışdığı, 5 ton ətdən yalnız 100 kiloqram ən keyfiyyətli ət seçdiyi ilə izah edir.

COVID19 pandemiyasının yaratdığı fəsadlar Nüsrətin biznesindən yan keçməsə də, aşpaz Türkiyənin ən varlı adamları siyahısındakı yerini qoruyub saxlayır. Nüsrətin qardaşları da onunla birlikdə çalışır. Xeyriyyə işlərində iştirak edən aşpaz Ərzurumda məktəb tikdirir. Doqquz uşaq atası Nüsrət Gökçə işgüzarlığı ilə kasıb uşaqdan uğurlu milyonçuya çevrilməsinin real olduğunu nümayiş etdirir.

250 milyon il əvvəl yaşamış bu canlı alimləri təəccübləndirdi

250 milyon il əvvəl yaşamış bu canlı alimləri təəccübləndirdi

Dünya
09 yanvar 2025 3 baxış
Netanyahu həbs edilə bilər? | Polşa Prezidentinin müraciəti ortaya çıxdı

Netanyahu həbs edilə bilər? | Polşa Prezidentinin müraciəti ortaya çıxdı

Dünya
09 yanvar 2025 3 baxış
Rusiya bu yolla sıxışdırılacaq? | Rəsmi şəxslərdən Trampa reaksiya

Rusiya bu yolla sıxışdırılacaq? | Rəsmi şəxslərdən Trampa reaksiya

Dünya
09 yanvar 2025 3 baxış
Simonyanın həyat yoldaşı komaya düşdü | O, ardıcıl 2 dəfə...

Simonyanın həyat yoldaşı komaya düşdü | O, ardıcıl 2 dəfə...

Dünya
09 yanvar 2025 3 baxış
Hakimiyyətdə olanlar ölkədən qaçacaq | Rusiyalı deputat Nikolun planından danışdı

Hakimiyyətdə olanlar ölkədən qaçacaq | Rusiyalı deputat Nikolun planından danışdı

Dünya
09 yanvar 2025 3 baxış
Ölənlərin sayı durmadan artır | Rusiyadan Ukrayna ərazilərinə şiddətli hücum

Ölənlərin sayı durmadan artır | Rusiyadan Ukrayna ərazilərinə şiddətli hücum

Dünya
09 yanvar 2025 3 baxış
Hər il minlərlə insan bu yeməyə görə ölür | Mütəxəssislərdən xəbərdarlıq

Hər il minlərlə insan bu yeməyə görə ölür | Mütəxəssislərdən xəbərdarlıq

Dünya
09 yanvar 2025 3 baxış
Ermənistan Aİ-yə üzv olur? - Paşinyan hərəkətə keçdi

Ermənistan Aİ-yə üzv olur? - Paşinyan hərəkətə keçdi

Dünya
09 yanvar 2025 3 baxış
Türkiyə MN-dən hərbi əməliyyat xəbərdarlığı | Bunu etməkdə qərarlıyıq!

Türkiyə MN-dən hərbi əməliyyat xəbərdarlığı | Bunu etməkdə qərarlıyıq!

Dünya
09 yanvar 2025 3 baxış
Paşinyan ölkəsi barədə planını açıqladı | Aİ-yə üzvlük reallaşacaq, yoxsa…?

Paşinyan ölkəsi barədə planını açıqladı | Aİ-yə üzvlük reallaşacaq, yoxsa…?

Dünya
09 yanvar 2025 3 baxış
Seçilmişlər
icon