Suriyada silahlı insident | XİN-dən hadisə ilə bağlı təcili açıqlama
Suriya ordusu ilə Bəşər Əsəd tərəfdarı olan silahlılar arasında gərginlik artıb. Suriya ordusunun bölmələri ölkənin Latakiya və Tartus şəhərlərinə daxil olub.
Toqquşmalar nəticəsində 70-dən çox insan ölüb, onlarla şəxs yaralanıb və bir neçə şəxs əsir düşüb.
Xarici medianın məlumatına görə, insident Əsədə bağlı qruplaşmaların Latakiyada Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşlarını, o cümlədən maşınlarını hədəf almasından sonra baş verib.
Məsələyə reaksiya verən Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyada təhlükəsizlik qüvvələrinə hücum edən qeyri-qanuni silahlı qrupların törətdiyi cinayətləri pisləyib.
“Krallıq Suriya hökumətinə təhlükəsizlik və sabitliyin qorunması istiqamətində göstərdiyi səylərdə dəstəyini təsdiqləyir”, – deyə məlumatda vurğulanır.
Xatırladaq ki, daha əvvəl Latakiya əyalətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələri ilə sabiq ölkə başçısı Bəşər Əsədin tərəfdarları arasında toqquşma olub. Vaxtilə keçmiş liderin ailəsi ilə birgə məskunlaşdığı Cebla şəhərində də vəziyyət gərginləşib.
#Suriya teqi istifadə olunub
- Amerika və Suriya hərbçiləri İŞİD-in hücumuna məruz qaldı
- Suriyanın Homs vilayətində atışma baş verib
- ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən Suriyaya vacib mesaj
- Ərdoğandan Bəşər Əsədin devrilməsinin ildönümü ilə əlaqədar diqqətçəkən açıqlama - Baku TV
- Suriyada Bəşər Əsədin devrilməsindən bir il ötür - Baku TV
