Dünya
Pleyeri seçin:
Suriyada vəziyyət getdikcə ağırlaşır | Müxalif qüvvələr hara irəliləyir?
Suriyada müxalifət Rastan şəhərinə nəzarəti ələ keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumat üçün bildirək ki, Rastan Homs əyalətinin üçüncü ən böyük şəhəridir. Bundan əvvəl Hələb və Həma şəhərləri də müxalifət tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Suriyada müxalifət Homs şəhərinə doğru irəliləyir. Ölkənin dövlət televiziyası müxalif qüvvələrin Homsdan 5 km məsafədə olduğunu bildirib.
Kopyalandı
Seçilmişlər