Pleyeri seçin:

Sutka ərzində 154 döyüş qeydə alındı | Rusiyanın itkiləri...

05 noyabr 2025 139 baxış

Rusiya Ordusu Ukraynanın bir neçə şəhərini dron və raketlərlə atəşə tutub.

Nikolayev şəhərində sənaye infrastrukturuna zərbələr endirilib. Şəhərin hərbi administrasiyasından bildirilib ki, hücumda “Şahed” tipli PUA-lardan istifadə edilib. Nəticədə sənaye infrastrukturuna ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Ordusunun hava hücumu səbəbi ilə paytaxt Kiyevdə həyəcan siqnalı səsləndirilib. Səhər saatlarında Sumıya da raketlərin istiqamətləndiyi barədə xəbərdarlıq edilib. Bir müddət sonra isə raket təhlükəsi ləğv edilib.

Ukrayna Silahlı Qüvvələri də PUA ilə Rusiyanın bir neçə şəhərinə hücum edib. Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev bildirib ki, şəhərdə yerləşən enerji infrastrukturuna dronlarla atəş açılıb.

Qeyd edək ki, Vladimirskaya yarımstansiyası Rusiyada ən güclü yarımstansiyalardan biridir və enerji sistemi üçün böyük strateji və texniki əhəmiyyətə malikdir.

Bununla yanaşı, Oryol şəhərində Rusiyanın enerji obyekti hücuma məruz qalıb. Partlayışlar baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, son sutka ərzində Rusiyanın 900 hərbçisi məhv edilib. 500 hərbi texnika və silah-sursat zərərsizləşdirilib. Cəbhədə 154 döyüş baş verib. Hərbi toqquşmaların əksəriyyəti Pokrovsk istiqamətində qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynanın 40 PUA-sını məhv edib. 

ABŞ Konqresi 901 milyard dollarlıq hərbi büdcəni təsdiqlədi

ABŞ Konqresi 901 milyard dollarlıq hərbi büdcəni təsdiqlədi

Dünya
11 dekabr 2025 139 baxış
Avropada indiyədək aşkar edilmiş ən qədim ocaq izləri tapılıb

Avropada indiyədək aşkar edilmiş ən qədim ocaq izləri tapılıb

Dünya
11 dekabr 2025 139 baxış
“Taliban” “Peaky Blinders” tərzində geyinən gənclərə xəbərdarlıq edib

“Taliban” “Peaky Blinders” tərzində geyinən gənclərə xəbərdarlıq edib

Dünya
11 dekabr 2025 139 baxış
"ABŞ bu yolla Ukrayna liderinə təzyiq göstərir" | Zelenski hakimiyyətdən uzaqlaşdırılır? - Baku TV

"ABŞ bu yolla Ukrayna liderinə təzyiq göstərir" | Zelenski hakimiyyətdən uzaqlaşdırılır? - Baku TV

Dünya
11 dekabr 2025 139 baxış
ABŞ hərbçiləri neft tankerini ələ keçirdi

ABŞ hərbçiləri neft tankerini ələ keçirdi

Dünya
11 dekabr 2025 139 baxış
Kiyev və Vaşinqton Ukraynanın bərpası və sülh planını müzakirə edib

Kiyev və Vaşinqton Ukraynanın bərpası və sülh planını müzakirə edib

Dünya
11 dekabr 2025 139 baxış
Livan-İsrail sərhədində dəhşətli atışma oldu

Livan-İsrail sərhədində dəhşətli atışma oldu

Dünya
11 dekabr 2025 139 baxış
Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV

Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV

Dünya
11 dekabr 2025 139 baxış
Aİ-nin ləğvi çağırışı qitənin... | İlon Maskdan sərt açıqlama - Baku TV

Aİ-nin ləğvi çağırışı qitənin... | İlon Maskdan sərt açıqlama - Baku TV

Dünya
11 dekabr 2025 139 baxış
Güneyli fəalların aclıq aksiyası 46-cı günə çatdı - Baku TV

Güneyli fəalların aclıq aksiyası 46-cı günə çatdı - Baku TV

Dünya
11 dekabr 2025 139 baxış
Seçilmişlər
icon