“Taliban”ın başlatdığı gərginliyi Tramp aradan qaldıracaq?
Pakistan və Əfqanıstan arasında sərhəd gərginliyi növbəti dəfə silahlı toqquşmalara səbəb olub. Gərginliyin "Taliban" və "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşmalarının Hayber Paxtunxva əyalətinin Kurram dairəsindəki Pakistan sərhəd postlarını atəşə tutmasından sonra alovlandığı bildirilir. İslamabad "əsassız silahlı hücum"u pisləyib və cavab olaraq Pakistan artilleriyası Əfqanıstan ərazisindəki hərbi postları, terror obyektlərini və bir tankı məhv edib. Səudiyyə Ərəbistanı və Qətərin vasitəçilik çağırışlarından sonra döyüşlər müvəqqəti dayandırılsa da, sərhəd-keçid məntəqələri bağlı qalıb. Bu hadisələr fonunda ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də "sülh prosesini yaxşı bildiyini" əsas gətirərək, iki ölkə arasındakı hərbi qarşıdurmaya müdaxilə etməyə hazır olduğunu bəyan edib.
#Donald Tramp teqi istifadə olunub
- Trampın əmri sonrası Vaşinqton hərbi və diplomatik addımları müzakirə edir - Baku TV
- BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir
- İran üçün kritik saatlar | ABŞ Ordusu hərbi əməliyyata başladı? - Baku TV CANLI
- Trampdan İranla bağlı nikbin açıqlama
- Tramp Yaxın Şərqdə gərginliyi azaldacaq razılaşmadan danışdı
