Terror aktlarında iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar | Antoniu Quterreş
Yeniliklərdən dərhal xəbərdar olun
BMT təşkilatın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin bəzi əməkdaşlarına qarşı HƏMAS ilə əlaqəsi olduğu iddialarından sonra təcili tədbirlər görür.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təşkilatın Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başlayıb.
A.Quterreş qeyd edib ki, bu prosesdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9 nəfərin şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.
“Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı cinayət təqibi də daxil olmaqla məsuliyyətə cəlb olunacaq”, – deyə A.Quttereş qeyd edib.
Baş katib eyni zamanda Qəzza zolağında 2 milyon mülki vətəndaşın yardımdan asılı olduğuna diqqət çəkib.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
