"The New York Post"da Epşteynlə bağlı qalmaqallı məlumat
ABŞ-də prokurorlar maliyyəçi Ceffri Epşteynə Donald Trampa qarşı ifadə verməsi müqabilində azadlıq təklif ediblər.
Bu barədə "The New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, bu iddianı Epşteynin keçmiş kamera yoldaşı, sabiq polis Nikolas Tartalyone səsləndirib.
O, 2019-cu ildə Epşteynlə birlikdə Nyu-Yorkun Manhetten bölgəsində yerləşən "Metropolitan Correctional Center" həbsxanasında saxlanılıb.
Tartalyonenin iyul ayında təqdim etdiyi əfv ərizəsində bildirilir ki, prokurorlar Epşteyndən Trampın onun cinayətlərinə guya bağlılığı barədə ifadə verməsini istəyiblər.
Epşteyn həmçinin iddia edib ki, keçmiş prokuror Morin Komi ona “heç nə sübut etməyə ehtiyac olmayacağını, yalnız Trampın adamlarının bunu təkzib edə biləcəyini” deyib.
Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı malikanəsində və şəxsi adasında azyaşlı qızların iştirakı ilə görüşlər təşkil etməkdə ittiham olunurdu. İstintaqın məlumatına görə, ən gənc qurbanın yaşı 14 olub.
2019-cu ilin avqustunda Epşteyn həbs kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.
#ABŞ teqi istifadə olunub
- “Təzə arena düz Ağ Evin qarşısında tikiləcək” | Donald Tramp
- İran geriyə addım atmayacağını bəyan etdi - Baku TV
- Tehranın tərəfdaşlıq strategiyasının arxa planı - Baku TV
- Əraqçinin Türkiyəyə səfərinin əsas məqsədi nədir? - Baku TV
- Hakan Fidan: “İsrail bölgədə qeyri-sabitlik yaratmağa son verməlidir”
