Tramp danışıqlarda Avropanın da iştirakını mühüm sayır
"Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək".
Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün bütün tərəflər güzəştə getməlidir və bu prosesdə Avropa da iştirak etməlidir, çünki bu qoca qitə üçün daha böyük əhəmiyyət kəsb edir.
"Prezident Putinin razılaşmaya hazır olmadığı dövrlər olub. Ukrayna Prezidenti Volodimir Zelenskinin də hazır olmadığı dövrlər olub, ancaq bu anlar üst-üstə düşməyib. Hazırda, mənim fikrimcə, hər iki tərəf danışıqlara hazırdır", – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Davosdakı görüşdə Ukrayna lideri razılaşma imzalamağa hazır olduğunu bildirib: "Əvvəllər mənim buna tam əminliyim yox idi".
#Donald Tramp teqi istifadə olunub
- Sülh masasında gərginlik | Putin dəvəti qəbul etmədi? - Baku TV
- Tramp Netanyahu ilə nələri müzakirə etdi? | Ağ Evdə görüş 3 saat davam edib - Baku TV
- Qalmaqallı FBI sənədləri: Tramp polislərə Epşteyn barədə nə deyib? - Baku TV
- Tramp və Zelenski sazişi uyğun bir vaxtda imzalayacaqlar | Metyu Uitaker - Baku TV
- "Bu dəhliz Asiya ilə Avropanı bir-birinə birləşdirəcək" | İlham Əliyev - Baku TV
