Dünya
Pleyeri seçin:
Tramp Harrislə debatdan imtina etdi | Müzakirələrə gəlmədi
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi vitse-prezident Kamala Harrislə debatların yeni raundunu keçirməkdən imtina edib.
Bu barədə o, “Truth Social” platformasında məlumat verib.
“Yıxılan pəhləvan güləşdən doymaz. Sorğular açıq-aydın göstərir ki, çərşənbə axşamı solçu radikal demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim, o isə dərhal ikinci debat tələb etdi. O, “Fox”da müzakirələrə gəlmədi və NBC və CBS-də görünməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, – deyə Tramp diqqətə çatdırıb.
Qeyd edək ki, Kamala Harris seçki yarışında əsas rəqibi Donald Trampla debatda üstün olub.
Kopyalandı
Seçilmişlər