Pleyeri seçin:

Tramp imperiyasının iç üzü | Qız işçilər və ölü atlardan necə istifadə etdilər? | ARAŞDIRMA

12 sentyabr 2024 168 baxış

Baku TV-də Amerika Birləşmiş Ştatlarının 45-ci Prezidenti Donald Trampın ailəsi – atası – ABŞ-nin dövlət büdcəsindən milyonlarla dolları mənimsəməkdə təqsirləndirilən Fred Tramp və babası – ABŞ-də insanlara ölü atların ətindən burger hazırlayan və bununla milyonlar qazanan işbaz Fridrix Tramp haqqında araşdırma materialı efirə gedib.

Tramp imperiyasının təməlində babası, Almaniyadan mühacir Fridrix Tramp dayanır. O, 1885-ci ildə 16 yaşında evdən qaçaraq ABŞ-yə sığınır və bununla Trampların hekayəsi Bavariyada başlayır.

Həmin illər qızıl hərisliyi dövrü idi. İnsanlar yeni kəşf edilən mədənlərdən qızıl əldə etmək üçün ölkənin hər yerindən gəlirdilər və Fridrix Tramp ağlını işə salaraq insanlara qalmaq üçün otel inşa edir.

Qızıl əldə edən xoşbəxtlər oğurluqdan qorxaraq oteldə qalmaqdan ehtiyat edirdilər. Amma F.Tramp oteldə qonaqları əyləndirmək üçün qadınları işə götürür.

Daha sonra Fridrix Tramp qızılaxtaranlara qoşulub bəxtini sınamaq fikrinə düşür. Qarlı dağlarda irəliləyən onlarla qızıl hərisi mədənlərə çatmadan dünyasını dəyişirdi. Keçilməsi çətin olan Vayt adlanan yer var idi. Buranı hətta “ölü at izi” adlandırırdılar. Səbəb isə o idi ki, atlar dözməyib məhv olurdu.

Fridrix Tramp anlayır ki, bu iş ona görə deyil. Amma daşdan pul çıxarmağın yollarını yaxşı bilən işbaz elə həmin dağlarda mobil yeməkxanalar açmaq qərarına gəlir. O, ölən atların ətindən burgerlər hazırladaraq varlanırdı.

Bir ildən sonra at əti bitir və F.Tramp işini sataraq şəhərə qayıdır. Fridrix Tramp 1918-ci ildə ispan qripi epidemiyasından dünyasını dəyişir.

Atası oğlu Fredi əsl biznesmen kimi böyütmüşdü. Fred Trampın başına xoşbəxtlik quşu İkinci Dünya müharibəsindən sonra qonur.

Belə ki, müharibədə iştirak edən veteranlar üçün evlərin tikilməsinə start verilir və əlbəttə ki, Fred Tramp bu işdə birinci olur. Layihə dövlət büdcəsindən maliyyələşəcəkdi. Fred Tramp büdcədən ayrılan pullarla minlərlə ev tikir. Amma pullar sadəcə tikilən evlərə yox, həm də Fred Trampın cibinə axırdı.

1954-cü ildə tikinti sektorunda olan dələduzluq faktının araşdırılmasını irəli sürürlər. Araşdırma zamanı 4 milyard dolların mənimsənilməsi faktı ortaya çıxır. Fred Tramp isə ifadəsində belə deyir:

“Dövlət mənə evlər tikmək üçün pul verib. Mən də tikirəm və istifadə etmədiyim pullar digər evlərin tikilməsi üçün nəzərdə tutulub. Yəni mən indiyə qədər insanların inamını qazanmamışam? Ümumiyyətlə, burada nə baş verdiyini anlamıram və cinayət tərkibi görmürəm”.

Nəticədə komissiya F.Trampı “hər mənzil layihəsindən gəlir əldə etmək qabiliyyətinə malik” insan adlandırır və ona qarşı heç bir ittiham irəli sürülmür. Beləliklə, Fred Tramp öz nüfuzunu qoruyub saxlaya bilir.

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 168 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 168 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 168 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 168 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 168 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 168 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 168 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 168 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 168 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 168 baxış
Seçilmişlər
icon