Pleyeri seçin:
Tramp İranı hədələdi | ABŞ yenidən hərbi əməliyyatlara başlayacaq? - Baku TV
ABŞ Prezidenti Donald Tramp İranın hücumlarını davam etdirməsi halında Vaşinqtonun yeni hərbi əməliyyatlara əl ata biləcəyini bəyan edib.
Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, İran atəşkəs razılaşmasını pozub.
Onun sözlərinə görə, ABŞ hərbi aviasiyası İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də sahil radar sistemlərinə zərbə endirib.
“Onlar heç vaxt nəticə çıxarmaya da bilərlər. Elə bir məqam gələ bilər ki, artıq səbirli davranmaq mümkün olmayacaq və başladığımız işi hərbi yolla tamamlamağa məcbur olacağıq”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ yenidən genişmiqyaslı hərbi əməliyyata başlasa, İran artıq mövcud olmayacaq.
Kopyalandı
