Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət etdi
ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb.
O bunu "Truth Social" şəbəkəsindəki hesabında yazıb.
"Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın", – deyə D.Tramp qeyd edib.
O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
"Biz əlimizdən gələni edirik ki, Suriya hökuməti planlaşdırılanı davam etdirsin, bu isə əsl və firavan ölkənin qurulması üçün əhəmiyyətlidir. Onlara çox kömək edən amillərdən biri mənim sanksiyaları dayandırmağım oldu. Düşünürəm ki, bu, Suriya, onun rəhbərliyi və xalqı tərəfindən səmimi şəkildə qiymətləndirildi!", – deyə D.Tramp sözlərinə əlavə edib.
ABŞ lideri həmçinin bildirib ki, Suriyanın yeni Prezidenti Əhməd əl-Şaraa müsbət dəyişikliklərin baş verməsi və İsraillə uzunmüddətli və firavan münasibətlərə sahib olması üçün ciddi çalışır. D.Trampın sözlərinə görə, bu, Yaxın Şərqdə sülhün əldə olunmasına töhfə verən tarixi bir fürsətdir.
Bu arada, dekabrın 1-i ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"ABŞ Prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib", – deyə bəyanatda qeyd olunub.
#Donald Tramp teqi istifadə olunub
- Müctəba Xamenei nüvə proqramından imtina etməsə... | ABŞ şans tanımaq istəmir - Baku TV
- Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib - ANA XƏBƏR
- Trampdan İrana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI
- ABŞ və İran müharibəsində kritik mərhələ: Tərəflər ziddiyyətli açıqlamalar verir - AKTUAL GÜNDƏM
- ABŞ-İran danışıqları olacaq? | Tramp İran neftinə sahib olmaq istəyir? - Baku TV
