Tramp Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyinə əmindir
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail ola biləcəyinə əmindir.
O bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə biləcəyik. Bu, asan deyil. Müharibə var, lakin ticarət üçün də yaxşı potensial var", – deyə Tramp qeyd edib.
Kiyevə uzunmənzilli silahların çatdırılması məsələsinə gəldikdə isə Amerika lideri qeyd edib ki, ABŞ-nin özünün "Tomahawk" raketlərinə ehtiyacı var.
Tramp vurğulayıb ki, o, Ukraynaya və bu ölkənin prezidenti Volodimir Zelenskiyə yaxşı münasibət bəsləyir, lakin Amerika maraqlarının zərərinə Kiyevə silah təchiz edərək ABŞ-ni təhlükə altına sala bilməz.
Ağ Ev rəhbəri eyni zamanda əlavə edib ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyevin ərazi itirməsi demək olacaq. "Putin mütləq nəsə əldə edəcək, axı onlar döyüşüblər", – deyə Tramp Ukraynanın ərazi itkiləri ilə bağlı sualı cavablandırıb.
Donald Tramp həmçinin rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətdə olduğunu vurğulayıb.
#Donald Tramp teqi istifadə olunub
- Donald Tramp “Fox News”a sərt xəbərdarlıq etdi - Baku TV
- ABŞ Prezidentindən açıqlama | İran nəyə razılıq verib? - Baku TV CANLI
- Rusiya və ABŞ arasında milyardlarla dollarlıq saziş hansı şərtlə reallaşa bilər? - Baku TV
- Tramp son anda niyə qərarını dəyişdi? - Səudiyyə Ərəbistanının planı, pərdəarxası məqamlar - Baku TV
- Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib
